Alimlər tərəfindən yaradılmış, bioloji hüceyrələri xatırladan sintetik strukturlar şiş hüceyrələrinin daxilinə girə və onları zəhərləyən maddə istehsal edə bilərlər. Bu yanaşma süni hüceyrələrə zədələnmiş toxumaya çatmağa imkan verən şiş əleyhinə zülalların istehsalı və dərmanların ünvana çatdırılması üçün sintetik biologiya metodlarını kombinasiya edir. Tədqiqatın nəticələri “Advanced Healthcare Materials” jurnalında dərc olunub. Sintetik hüceyrələr bəzi imkanlarına görə süni sistemləri xatırladır və ya onları üstələyir.
www.nanonewsnet.ru saytının məlumatına görə, bu iş üçün İsrailin Texnion İnstitutunun alimləri lipid qabığı üçün uyğun zülalı istehsal edəcək molekulyar fabrik ilə razılaşıblar. Yaradılmış sistemlər yaxınlıqda bioloji hüceyrənin olub-olmadığını aşkar edəcək. Müəlliflər tətbiqi hüceyrələr və siçanların orqanizmində sınaqdan keçiriblər. Hissəciklər şişin öhdəsindən müvəffəqiyyətlə gəliblər. Proses real zamanda sintetik hüceyrələrin fluoressensiyasının köməyi ilə izlənilib.