"Kapital Bank" Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri və məzunları üçün növbəti dəfə Yay təcrübə proqramının seçim mərhələsini keçirib.

 

Universitetdən bildirilib ki, 1-3 avqust tarixlərində keçirilən müsahibə proqramında 153 nəfər UNEC tələbə və məzunu iştirak edib. Onlardan 50 nəfər ilkin imtahan və müsahibə mərhələlərini uğurla keçərək, Yay təcrübə proqramına qoşulub.

 

Proqram müddətində tələbələrə büdcə sistemi, kreditlərin hesablanması və ödənilməsinin əsasları, dövlət vergi orqanlarına və bank sektorlarına işə qəbul və xidmətkeçmə qaydaları mövzularında nəzəri-praktiki təlimlər keçiriləcək, tələbələr şöbələrin iş prinsipi ilə yaxından tanış olacaqlar.

 

Proqramı uğurla bitirən tələbələrə müvafiq vakansiyalar üzrə iş təklif olunacaq.