Qazaxıstanın “Bolaşak” Beynəlxalq Proqramlar Mərkəzi qazaxıstanlı gənclərin pulsuz təhsil ala biləcəkləri xarici ölkələrin dövlət ali məktəblərinin siyahısını dərc edib. Siyahıya Almaniya başçılıq edir. Bu ölkənin 200-dən artıq universitetində əcnəbilərə pulsuz təhsil təklif olunur.
Mərkəzin siyahısında dünyanın 6 ölkəsinin universitetləri yer alıb: Almaniya, Fransa, Norveç, Çexiya, Polşa, Yunanıstan. Həmçinin qeyd edilir ki, hər bir ali məktəbin abituriyentlər üçün müəyyən tələbləri mövcuddur ki, onları nəzərə almaq lazımdır. Norveçdə 7, Almaniyada 242, Fransada 59, Çexiyada 25, Polşada 42, Yunanıstanda 30 dövlət universitetində əcnəbilər üçün pulsuz təhsil verilir. 2018-ci ildə 25 illiyini qeyd edən Beynəlxalq “Bolaşak” proqramı çərçivəsində 12,8 mindən çox təqaüd ayrılıb, 10 mindən artıq mütəxəssis hazırlanıb.