Gənc Mühasiblər İctimai Birliyi tərəfindən ölkədə ilk dəfə “Mühasiblərin Karyera Forumu” keçirilib.
Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilən forumda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin dekanı, dosent Hafis Hacıyev çıxış edərək, mühasiblərin təhsili ilə bağlı vacib məqamlara toxunub.
UNEC-dən bildirilib ki, forumda, həmçinin Dövlət Məşğulluq Agentliyinin təşkilati dəstəyi ilə mühasiblər üçün əmək yarmarkası da təşkil olunub.
Forumda mühasib peşəsini uğurla icra etmiş İkinci Qarabağ Müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Maliyyə və mühasibat fakültəsinin məzunu Mürsəl Kazımlıya həsr olunan videoçarx nümayiş olunub, şəhidin valideynlərinə Fəxri fərman təqdim edilib.
UNEC-in Maliyyə və mühasibat fakültəsinin dekanı, dosent H.Hacıyev şəhid Mürsəl Kazımlının nümunəvi tələbə olmasını qeyd edərək, onunla bağlı xoş xatirələrini bölüşüb.
Forumun sonunda kursları bitirən iştirakçılara sertifikatlar təqdim olunub.