Bakı Dövlət Universitetində (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin könüllülərinin təşkilatçılığı ilə "Yeni başlayan proqramçılar" adlı müsabiqə keçirilib.

 

BDU-dan bildirilib ki, müsabiqədə I və II kurs tələbələri komanda şəklində 5 mərhələdə kompüter elmləri üzrə nəzəri biliklərini sınaqdan keçirib, daha sürətli və düzgün proqramlar yazmağa çalışıblar. Son mərhələdə isə hər komanda iki yarımkomandaya bölünərək kodlaşdırma-dekodlaşdırma prinsipi ilə bir-birinə verilmiş sözləri çatdırmağa çalışıb.

 

Müsabiqənin nəticələrinə əsasən, "GG CODE" komandası 1-ci, "Creative Club" komandası 2-ci, "Cool As Code" komandası isə 3-cü yeri qazanıb. 

 

Çempion komanda sertifikat və gələcəkdə istifadə edə biləcəkləri kuponlarla təltif olunub. Digər iki komandanın üzvlərinə isə həvəsləndirici kuponlar verilib.