Uşaqlar dərslərə daha çox diqqət ayıracaq
Artıq şagirdlərə siniflərə smartfonları, eləcə də planşet və "ağıllı saat"ları gətirməyi qadağan edən qanun qüvvəyə minib. Yeni qayda ibtidai və orta məktəblər üçün icbari xarakter daşıyır. 15-18 yaşlı yuxarı sinif şagirdlərinin oxuduğu təhsil müəssisələri isə adıçəkilən qurğuların məktəbdə qadağan olunmasına özləri qərar verəcəklər. Qanun layihəsinin təşəbbüskarı ölkənin Təhsil Nazirliyidir.
Nazirlikdə hesab edirlər ki, qadağalardan sonra uşaqlar dərs məşğələlərinə daha çox diqqət ayıracaqlar. Bundan başqa, qanun internetdə məktəblilərə qarşı təhqir və zorakılıq hallarına qarşı mübarizəyə kömək edəcək. Ölkənin təhsil naziri Jan-Mişel Blank sənədi "XXI əsrin, rəqəmsal inqilab dövrünün qanunu" adlandırıb. Avropa Birliyinin digər ölkələri də bu cür tədbirlər barədə düşünür. Məsələn, Danimarkada əhalinin 80 faizi siniflərdə smartfonlardan istifadənin qadağan olunmasını dəstəkləyir və bir çox məktəblər artıq eksperiment kimi qanunun tətbiqinə başlayıb.
Oruc MUSTAFAYEV