Sentyabrın 7-də təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Azərbaycanda əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsi ilə bağlı UNİSEF-in təhsil məsələləri üzrə məsləhətçisi Leyla Həsənova və layihənin beynəlxalq eksperti Peter Grimeslə görüşüb.
Görüş zamanı 2 il ərzində icra olunacaq layihə çərçivəsində reallaşdırılması nəzərdə tutulan məsələlər barədə fikir mübadiləsi aparılıb.