Naxçıvan Dövlət Universiteti ilə (NDU) Türkiyənin nüfuzlu universitetləri arasında bağlanan əməkdaşlıq müqavilələrinə uyğun olaraq, NDU-nun tibb fakültəsinin müəllim və tələbələri qardaş ölkə universitetlərində yay istehsalat təcrübəsinə başlayıblar. Təcrübələrdə, ümumilikdə 18 müəllim, 5 rezident və 112 tələbə olmaqla, 135 nəfər iştirak edir. Müalicə işi, Tibbi profilaktika və Stomatologiya ixtisası tələbələrinin üstünlük təşkil etdiyi təcrübədə onlar müəyyən olunmuş xüsusi proqram əsasında bölmələr üzrə müayinə və müalicələrdə, cərrahi əməliyyatlarda iştirak edirlər. Həmçinin, müəllim və tələbələr üçün universitetlərin görkəmli professorları tərəfindən mühazirələr də təşkil olunur.

 

Qeyd edək ki, ali təhsil ocağının müəllim və tələbələrindən ibarət heyət Türkiyənin Qazi, Ankara, Kayseri Ərciyes, Ərzurum Atatürk və Trabzon Qaradəniz Texniki universitetlərinin klinikalarında təcrübə keçirlər.