2021-2022-ci tədris ilində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 3000-dən artıq bakalavr məzunundan 200-dən çoxu magistratura təhsilini dünyanın müxtəlif nüfuzlu ali məktəblərində alacaqlar.

 

Universitetdən bildirilib ki, ADNSU məzunları ABŞ, Böyük Britaniya, Kanada, Norveç, Avstriya, Almaniya, İtaliya, Çin, Fransa, Türkiyə, Polşa, İspaniya, Niderland, Macaristan, Estoniya, Belçika, Çexiya, Sinqapur, İsveçrə, Litva, Ruminya, Rusiya, Gürcüstan və digər ölkələrin təqribən 50-dək nüfuzlu ali məktəbinə qəbul olublar. ADNSU məzunlarının qəbul olduqları ali məktəblər arasında Top-10-da yer alan Massaçusets Texnologiya İnstitutu, Yel Universiteti,  National University of Singapore, Top-50-yə daxil olan Washington Universiteti, Mançester Universiteti, Strasburq Universiteti, Sorbon Universiteti, Münhen Texniki Universiteti, La Sapienza, Milan Politexnik Universiteti, Qlasqo Universiteti, Şeffild Universiteti, Miskolç Universiteti, Pekin Texniki Universiteti və digərləri var.

 

Məzunların qəbul olduqları universitetlər arasında Lids Universiteti, Torino Politexnik Universiteti, İstanbul Cərrahpaşa Universiteti, İstanbul Dövlət Universiteti, Paris Saklay Universiteti, Transilvania University of Brasov, Vilnius Gediminas Technical University, London Metropolitian University, City University of London, University of Vienna, University of Innsbruck, Hamburg University of Technology,  University of Bremen, University of Perugia, İstanbul Kent Universiteti, Budapest University of Technology and Economics, Lund Universiteti, Czech Technical University in Prague,  Xidian University, University of Tartu və s. ali məktəblər də var.

 

Qeyd edilib ki, magistratura təhsillərini xarici ölkələrin ali məktəblərində alacaq ADNSU məzunlarının sayının artması gözlənilir, çünki qəbul prosesi tam yekunlaşmayıb.