“Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” beynəlxalq konfransı çərçivəsində ölkəmizdə səfərdə olan Pakistanın Lahor Dövlət Kollec Universitetinin bir qrup alimi Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər. Ziyarətçilər sırasında Lahor Dövlət Kollec Universitetinin əməkdaşları, doktorlar- Faizə Bəşər, Ruhi Zahid, Əzmət Rübab, Maria Amin, Mahnur, Hayyad Niazi, Babar Nəsim Asi yer alıblar.
Ölkəmizdə və Azərbaycan Milli Elmlər Akademiyasında ilk dəfə olan Lahor Dövlət Kollec Universitetinin nümayəndə heyəti Nizami Muzeyinin milli ədəbiyyatı yaşadan ekspozisiyası ilə tanış olub, Azərbaycan ədəbiyyatı ilə bağlı verilən məlumatları həvəslə dinləyiblər. Buradakı qonaqpərvərlikdən məmnun qalan qonaqlar rəngarəng eksponatlarla zəngin muzey zallarını böyük heyranlıqla seyr edib, ədəbiyyata dair suallar verərək, yazıçı və şairlərimizin bədii irsi ilə yaxından maraqlanıblar.