Lənkəran Dövlət Universitetinin (LDU) Elmi Şurasının 2021/2022 tədris ilində son iclası keçirilib.
Elmi Şuranın sədri, universitetin rektoru, professor Natiq İbrahimov iştirakçıları ilk öncə müsəlman dünyasının ən müqəddəs bayramı olan Qurban bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Həmçinin, Elmi Şuranın üzvü, LDU-nun prorektoru Kamran Kazımovu filologiya elmləri doktoru elmi adı alması münasibətilə təbrik edib, ona uğurlar arzulayıb.
Daha sonra gündəlikdəki məsələlər müzakirə olunub. Universitet Elmi Şurasının yeni tərkibi barədə Elmi katib Allahşükür Quliyev məlumat verib. Şura üzvləri səsvermə yolu ilə 31 nəfərdən ibarət yeni tərkibi yekdilliklə təsdiqləyib.
“Universitetin struktur bölmələrində edilmiş dəyişikliklərin təsdiqi” və “Tədris və köməkçi heyət üzvlərinin əməkhaqqının artırılması” haqqında Maliyyə və mühasibat şöbəsinin müdiri (baş mühasib) Rəşad Rzazadə məlumat verib. Şura üzvləri işçilərin əməkhaqlarında artımların edilməsini dəstəkləyib və lehinə səs veriblər.
Sonda bir sıra cari məsələlərə də baxılıb.