Lənkəran Dövlət Universitetinin (LDU) Beynəlxalq Dil Mərkəzinə daxil olan “Amerika Guşəsi”ndə “Monterey ESL Summer School” -Monterey “İngilisdilli Yay Məktəbi”nin bağlanışı olub.

 

Bağlanış mərasimində ABŞ-ın Kaliforniya ştatının Lənkəranla qardaşlaşmış Monterey şəhərinin Monterey-Lənkəran Dostluq Assosasiyasının icraçı direktoru, Monterey şəhərinin sabiq vitse-meri Nensi Selfric, Monterey-Lənkəran Dostluq Assosasiyasının həmsədri, ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media proqramının direktoru Şəfəq Mehrəliyeva, Monterey Peninsula Collecinin tələbəsi Cavad Kərimli, ADA Universitetinin əcnəbi tələbəsi Ceyms Ezimoha, ADA məktəbinin tələbəsi Səid Mehrəli iştirak ediblər.

 

Xanım Nensi Selfric təlim müddətində müəllim və tələbələrdən razı qaldıqlarını bildirərək LDU rəhbərliyinə yaradılan şəraitə görə minnətdarlıq edib.

 

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.