Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarında 2021-2022-ci tədris ilində 9 ixtisas (Psixologiya, Hüquqşünaslıq, Kompüter elmləri, Coğrafiya müəllimliyi, Fizika müəllimliyi, Biologiya müəllimliyi, Tarix müəllimliyi, Riyaziyyat müəllimliyi, Kimya müəllimliyi), 29 qrup üzrə 728 tələbə təhsil alıb.

 

Universitetdən bildirilib ki, Azərbaycanın 12 ali məktəbindəki SABAH qrupları arasında ən çox ixtisas və tələbə sayı məhz BDU-dadır. Bu tədris ilində BDU-nun SABAH qruplarını 257 məzun bitirir.

 

Ümumilikdə son 6 ildə BDU-nun SABAH qruplarından 1375 tələbə məzun olub.  

 

Ötən il BDU-nun SABAH məzunlarından 155 nəfəri Azərbaycanda, 17 nəfəri isə xaricdə magistraturaya daxil olub. BDU-nun SABAH qrupunun ötənilki məzunlarından 23 nəfəri yerli və xarici doktoranturalarda təhsil alır.

 

Qeyd edək ki, SABAH ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə 2013/2014-cü tədris ilində yaradılıb.