Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov universitetin “BİR” tələbə könüllüləri ilə görüşüb.
Görüşdə könüllülük fəaliyyətinin cəmiyyətin və fərdin inkişafındakı rolundan bəhs edən Ş.Bayramov cari tədris ili ərzində uniiversitetdə və regionda keçirilən tədbirlərdə könüllü tələbələrin fəal iştirakından məmnunluğunu bildirib.
Gənclərin hərtərəfli inkişafının diqqət mərkəzində saxlanıldığını qeyd edən rektor könüllü tələbələrə universitetdə yaradılan imkanlardan maksimum faydalanmağı tövsiyə edib və onlara uğurlar arzulayıb.
Səmimi ortamda keçən görüşdə könüllü gənclər göstərilən diqqətə və dəstəyə görə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, gənclərin dövlətə, xalqa və cəmiyyətə faydalı vətəndaş kimi yetişdirilməsini diqqət mərkəzində saxlayan MDU-da çoxşaxəli könüllülük fəaliyyətlərində iştiraka və bununla bağlı bütün dəstək tədbirlərinin həyata keçirilməsinə xüsusi önəm verilir.