Azərbaycan Texniki Universitetinin tərəfdaşı olduğu ERASMUS+KA2 proqramı çərçivəsində həyata keçirilən UniClad layihəsi üzrə hazırlanan “Yem kalkulyatoru” mobil tətbiqi Aqrar İnnovasiya Festivalında təqdim olunub.

 

"Ağstafa Aqrar Sənaye Kompleksi”ndə  Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə bölgələrdə aqrar innovasiyaların təbliğatı işi çərçivəsində təşkil olunan tədbirdə layihənin müəllifi, AzTU-nun Mühəndis riyaziyyatı və süni intelekt kafedrasının baş müəllimi Natiq Qurbanov iştirak edib.

 

“Yem kalkulayatoru” mobil tətbiqi “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda  universitetlərin potensialının artırılması” layihəsi  (UniClaD) çərçivəsində pilot olaraq hazırlanıb. Hazırda ərazilər üzrə hava məlumatı, yemlərin qidalılığı kimi məlumatların yerləşdirildiyi mobil tətbiqin gələcəkdə funksiyalarının daha da genişləndirilməsi ilə fermerlərə real vaxtda məlumat ötürmə və maarifləndirmə  vasitəsi kimi istifadə olunması nəzərdə tutulur.