Naxçıvan Dövlət Universitetində yaradılan IELTS qeydiyyat və imtahan mərkəzində növbəti imtahan keçirilib. Həm General IELTS, həm də akademik IELTS olaraq nəzərdə tutulan imtahanda 70-ə yaxın nəfərin akademik IELTS bacarıqları qiymətləndirilib. Namizədlər iyun ayının 24-də IELTS danışıq imtahanında iştirak edib, 1 gün sonra onların dinləmə, oxu və yazı bacarıqları qiymətləndirilib.
İmtahanda oxuma və dinləmə prosesində sualların tərtib edilməsini, yazı və danışıq mərhələsində sualların hazırlanmasını Britaniya Şurası həyata keçirib.
Qeyd edək ki, Azərbaycan ali təhsil məkanında ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetində yaradılan qeydiyyat və imtahan mərkəzinin məqsədi muxtar respublikada bu sahə üzrə ingilis dili bacarıqlarının qiymətləndirilməsi və namizədlərin beynəlxalq sertifikatla təmin olunmasıdır. Mərkəz yaxın zamanda universitetdə ingilis dilində ixtisasların sayının artmasına və qeyri-ixtisaslarda çalışan əməkdaşların ingilis dili bacarıqlarının qiymətləndirilməsinə öz müsbət təsirini göstərəcək.