2002-ci ildən Bakı Dövlət Universitetinin (BDU) həmtəsisçiliyi ilə dərc edilən və Web of Science Core Collection bazasında ən yüksək - Q1 kvartil kateqoriyalı jurnallar siyahısında yer alan “Applied and Computational Mathematics” jurnalının impakt faktoru (təsir əmsalı) 3.898-dən 4.771-ə qədər yüksəlib. Hazırda jurnalın 5 il üzrə orta impakt faktoru 3.172 təşkil edir.
Jurnal dünyada tətbiqi riyaziyyat kateqoriyası üzrə 267 beynəlxalq nəşr arasında 4-cü yerdə qərarlaşıb. Jurnalın redaksiya heyətinə dünyanın 20 ölkəsindən 38 görkəmli alim daxildir. Nəşr olunduğu 20 il ərzində jurnal 50-dən çox ölkənin 250-dən artıq universitet və elmi müəssisəsi ilə əməkdaşlıq edib.
Bu barədə BDU-dan bildirilib.