Azərbaycan-Fransız Universitetinin (UFAZ) Fizika müəllimi və yerli koordinatoru Gülyaz Nəcəfova elmi-tədqiqat fəaliyyəti çərçivəsində Strasburq Universitetində (Unistra) tədqiqatlar aparır. G.Nəcəfovanın tədqiqat səfəri Strasburqdakı Membranların Biofizikası və NMR Laboratoriyasında professor olan elmi rəhbəri Filip Bertaninin rəhbərliyi altında həyata keçirilib.
Gənc tədqiqatçının mövzusu Amiloid-beta (25-35) peptidlə bağlıdır. O, NMR metodunu həyata keçirir, amiloid beta-peptid (25-35) molekulunun quruluşu, onun müxtəlif sulu məhlullarda modeli haqqında məlumatları öyrənir.