Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə həsr olunmuş “Güclü ordumuz, milli qürurumuz” adlı tədbir keçirilib. Tədbirdə filialın rəhbərliyi, professor-müəllim və tələbə heyəti iştirak edib.

         

Filialın direktoru, dosent Tünzalə Yusifova bu əlamətdar günün tarixindən və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlərdən ətraflı bəhs edib.

 

Sonra Sosial və pedaqoji elmlər kafedrasının baş müəllimi Fəxrəddin Məmmədovun “ Ordu dövlətin dayağıdır”, Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Sənubər Şükürovanın “Bədii ədəbiyyatda xalq qəhrəmanlarına ümümxalq məhəbbətinin tərənnümü”, Riyaziyyat və kompüter elmləri kafedrasının müəllimi Rasim Nərimanovun “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin uğurları”, Riyaziyyat və informatika müəllimliyi ixtisasının tələbəsi Toğrul Mənəfovun “Zəfər tarixini yazan Azərbaycan gəncliyi” mövzularında çıxışları dinlənilib.