Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı proqram koordinatoru Fatih Yılmaz və TİKA Bakı proqram koordinasiya ofisinin assistenti Elmir Laçınov ilə görüş keçirilib.
Görüşdə ADPU-nu universitetin rektoru, professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, beynəlxalq əlaqələr üzrə prorektor, professor Mahirə Hüseynova və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisləri Nurəngiz Mahmudova, Rufanə Əhmədova təmsil ediblər.
Görüşün əvvəlində rektor C.Cəfərov ADPU-nun tarixi, fakültələri, filialları, universitetin 100 illik fəaliyyəti, Türkiyə universitetləri ilə olan əlaqələri və Gazi Universiteti ilə həyata keçirəcəyi ikili diplom proqramı haqqında qısa məlumat verib.
Görüş zamanı TİKA-nın dəstəyi ilə Türkiyə universitetləri və ADPU arasında ikili diplom, Türkoloji Mərkəzin yaradılması ilə bağlı məsələlər müzakirə edilib.
Görüşün sonunda F.Yılmaz və E.Laçınov ADPU-nun “Türk Araşdırmaları” Elmi Tədqiqat Mərkəzini ziyarət edib və universitetlə tanış olublar.