İyunun 23-də Təhsil Nazirliyi, Lənkəran Peşə Liseyi və “Carnaval” otelin dəstəyi, Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə "Lənkəran məktəblilərinin yay festivalı"na start verilib.
Festival Lənkəran Peşə Liseyinin "Peşə vadisi" və “Carnaval” otelinin ərazisində təşkil edilib.
Festivalda Lənkəran və Astara üzrə ümumtəhsil məktəblərindən 700 şagird, 100-dən çox valideyn və müəllim, eyni zamanda bölgənin ölkə üzrə nüfuzlu ziyalıları, təhsil işçiləri, millət vəkilləri və ictimai xadimlər iştirak edir.
Festivalda “Yay məktəbi” çərçivəsində bilik yarışmaları, futbol oyunları keçirilir, fənlər üzrə nümunəvi dərslər tədris edilir, həmçinin peşə təmayüllü siniflərin, STEAM layihəsinin şagirdlərinin yaradıcılıq sərgisi nümayiş etdirilir. Eyni zamanda, festival çərçivəsində milli mətbəx nümunələri, rəsm və kitab sərgisi ilə də tanış olmaq mümkündür.
Tədbirin bədii hissəsində tamaşa və konsert proqramı da nəzərdə tutulub.