Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən 2021-2022-ci tədris ili üzrə Məktəbin İnkişaf Planının hazırlanması prosesi başa çatıb.

Paytaxtdakı 58 nömrəli tam orta məktəbdə təşkil olunmuş yekun görüşdə 6 təhsil müəssisəsinə TDM tərəfindən hazırlanmış Məktəbin İnkişaf Planı təqdim olunub.

Görüşdə TDM-in direktoru İlkin Həsənov, Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, metodistlər, Məktəbin İnkişaf Planının hazırlanmasında iştirak edən paytaxtın 6 ümumi təhsil müəssisəsinin  (24, 58, 108, 118, 137, 296 nömrəli) rəhbərləri iştirak ediblər.

 

TDM-in direktoru İlkin Həsənov ümumi təhsil məktəblərində metodiki işin təşkilinə dəstək vermək, yeni yanaşmaların məktəblərdə çevik tətbiqinin təmin olunması, məktəbdaxili və məktəblərarası öyrədici mühitin zənginləşdirilməsi, təlimin keyfiyyətinin artırılması və fənn metodbirləşmələrinin fəaliyyətinin düzgün istiqamətləndirilməsinə nail olmaq üçün müvafiq istiqamətlər üzrə metodiki yardım göstərməyin vacibliyini vurğulayıb.

 

Daha sonra çıxış edən Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə Məktəbin İnkişaf Planının hazırlanmasını təhsil müəssisələrinin daha sistemli inkişafı baxımından yüksək dəyərləndirdiyini diqqətə çatdırıb. Bildirib ki, Məktəbin İnkişaf Planının hazırlanmasında təhsil müəssisələrinin kollektivləri mühüm rol oynayır.

 

Qeyd edəki ki, TDM-in metodistləri məktəblərdəki real vəziyyətlə tanış olmaq üçün dərs müşahidələri aparıb, təlim-tərbiyə prosesinin inkişafı istiqamətinə yaxından dəstək göstərmək məqsədilə məktəb kollektivi ilə müzakirələr təşkil ediblər.