Xəzər Universiteti və Middlesex Universitetinin əməkdaşlığı ilə “British Council”ın “Creative Spark” layihəsi çərçivəsində keçirilən yekun konfransda  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) filologiya fakültəsinin ingilis dili müəllimliyi ixtisasının tələbələri və  Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları da iştirak ediblər.

 

İki günlük konfransın birinci günündə xarici mütəxəssislər tərəfindən tələbə və akademik heyətə ayrı-ayrılıqda yaradıcılıq və sahibkarlıqla bağlı təlimlər, ikinci günündə isə müxtəlif çıxışlardan ibarət tədbir keçirilib.

 

Konfrans zamanı texnologiya transferi, innovasiya ekosistemi və innovasiyaların idarə edilməsi ilə bağlı səmərəli müzakirələr aparılıb. Konfransın əsas istiqamətini tələbə ideyalarının dəstəklənməsi, öz ideyalarını müəllimlərin dəstəyi ilə təqdim edən tələbələrin cəlb edilməsi və sahibkarlığın kurikuluma inteqrasiyası təşkil edir.                                                              

 

Konfransda Xəzər Universitetinin İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva, Middlesex Universitetinin Kompüter Elmləri Proqramları üzrə direktoru Dr. Georgios Dafoulas, menecment üzrə baş müəllimi Dr. Simon Best, Oracle TES-in icraçı direktoru Andy Golding, Azərbaycan Beynəlxalq Bankının idarə heyəti sədrinin müşaviri Zaur Ələkbərov, “RED Communication” MMC-in təsisçisi və idarəedici partnyoru, Sahibkar, Müxtəliflik, İnklüzivlik və Davamlılıq lideri Tatyana Mikayılova, “Maestro School”un təsisçisi Mədinə Paşayeva yaradıcılıq və sahibkarlıq mövzusunda çıxış ediblər.

 

Konfransın sonunda iştirakçılara sertifikatlar verilib.