“Şuşa ili” çərçivəsində Bərdə rayonunun uşaq musiqi məktəblərində silsilə tədbirlər davam edir. ”Qarabağın tacı Şuşam” devizi altında baş tutan növbəti konsert proqramı 4 nömrəli uşaq incəsənət məktəbində keçirilib.
Rayon mədəniyyət işçiləri, müəllim və şagird kollektivi əvvəlcə “Şuşa ili” nə həsr olunan sərgiyə baxış keçiriblər. Sonra isə Azərbaycanın Dövlət Himni səslənib və iştirakçılar torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsində şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Qarabağın tarixi ilə bağlı çıxışlar səsləndirilib. Qeyd olunub ki, 2022-ci ilin “Şuşa ili” elan olunması hər bir azərbaycanlıda qürur və iftixar hissi yaradıb.
Tədbir ədəbi-bədii kompozisiya və istedadlı yeniyetmələrin məharətli çıxışları ilə sona çatıb.
Sifai SƏFƏROVA