Əmək bazarında ixtisaslaşma daha sürətlə gedir
ABŞ-ın bir çox böyük şirkətləri, əvvəllər olduğu kimi, iş axtaranlardan profil ali təhsilə malik olmalarını tələb etmir.
Bu barədə əmək bazarının təhlili üzrə ixtisaslaşmış “Glassdoor” resursunun ekspertləri bildirib. Bu cür tələblərdən imtina edən kompaniyaların siyahısında Apple, Google, IBM kimi nəhənglər yer alıb. Tədqiqatçılar qeyd edirlər ki, düzdür, hər hansı namizədin akademik xidmətləri müsbət faktor kimi gözdən keçirilir, amma işə qəbul vaxtı məcburi meyarların siyahısından bu bəndi tez-tez çıxarırlar. Və vurğulayırlar ki, tədris qiymətləri və uğurlu karyerada ciddi korrelyasiya aşkar etməyiblər.
Qeyd olunur ki, müasir əmək bazarı şəraitində ixtisaslaşmalar universitetlərin təhsil proqramları hazırlamasına nisbətən daha sürətli gedir.