Rusiyada kağız jurnallardan imtina olunur


Rusiyadakı orta məktəblərin 30 faizindən çoxunda  artıq kağız jurnalları  elektron resurslar əvəz edib.  Bu barədə   “dnevnik.ru”  təhsil portalının araşdırmalarından məlum olub.  Aparılmış tədqiqatda iştirak etmiş müəllimlərin 36 faizi qeyd edib ki, çalışdıqları təhsil müəssisələri elektron jurnallara keçib. 

 

Elektron  jurnalların əsas üstünlüyü ondadır ki, müəllimlər burada  informasiyaları daha  tez - 1-2 gün ərzində yerləşdirə bilirlər.   7 yaşdan 16 yaşadək uşaqların 76 və valideynlərin 64 faizi belə düşünür.

 

Lakin  elektron jurnallara kütləvi keçidi nə  saxlayır? Respondentlərin 44 faizi hesab edir ki,  bu, ilk növbədə, maddi-texniki təchizatın kifayət qədər olmamasıdır.  Daha bir səbəb isə pedaqoqların əksəriyyətinin zəif İKT səriştələridir. 

 

Məktəblər isə artıq  dəyişikliklərə hazırlaşır: müəllimlərin 84 faizi təsdiq edir ki, onların məktəblərində  kağız jurnaldan imtina üzrə  bütün zəruri rəsmi  sənədləşmə işlərinə başlanılmışdır. Sorğu ölkənin  74 regionunda  16 min müəllim, şagird və valideyn arasında keçirilib.