Ümumi təhsil müəssisələrində “Təbiəti qoruyanlar” layihəsi davam edir.
Layihə çərçivəsində məktəb həyəti yaşıllaşdırılır və kiçik ölçülü oranjereya yaradılır.
Həmçinin “Təbiətimizi qoruyaq” adlı maarifləndirici tamaşalar (səhnəciklər) hazırlanır, Yaşıl layihə: “Təbiəti qoruyanlar” adlı tədbirlər, ekoloji kurslar təşkil olunur, “Təbiətdən incəsənətə” mövzusunda yaradıcılıq işlərinin təqdimatı keçirilir.
Bundan əlavə, ekoloji guşələr, “Məktəbli bostanı” və “Yaşıl sinif”lər yaradılır.
Qeyd edək ki, layihənin məqsədi təhsilalanların ekoloji maarifləndirilməsi, bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı şagirdlərin aşkara çıxarılması, müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, müvafiq qlobal problemlərini həllinə dəstək verilməsindən ibarətdir.