Azərbaycan Texniki Universiteti (AzTU) Türkiyənin aparıcı universitetləri ilə əməkdaşlığı genişləndirir. Əməkdaşlıq çərçivəsində AzTU ilə Türkiyənin Bartın Universiteti arasında “Erasmus+” və “Mövlanə” mübadilə proqramları üzrə müqavilə, həmçinin qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

 

Sənədlərə AzTU-nun rektoru Vilayət Vəliyev və Bartın Universitetinin rektoru Orxan Uzun imza atıb.

 

Daha sonra hər iki universitet rəhbərliyi arasında digər istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edilib.

 

Bu barədə AzTU-dan bildirilib.