Bakı Dövlət Universitetində (BDU) 2021-2022-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası başlayıb.

 

BDU-dan bildirilib ki, bakalavriatura səviyyəsində 681 qrup üzrə 15 minə yaxın tələbə, magistratura səviyyəsində isə 234 ixtisaslaşma üzrə 973 tələbə imtahan verəcək. Müxtəlif səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2022-ci il iyul ayının 4-dən 12-dək şərait yaradılacaq.

 

Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.

 

Sessiya iyulun 1-dək davam edəcək.