Azərbaycan-Fransız Universitetində (UFAZ) yaz semestrinin yay imtahan sessiyasına 31 may tarixindən etibarən start verilib.
UFAZ-da bakalavr pilləsi üzrə 4, magistratura pilləsi üzrə isə 3 ixtisas var. İmtahanlarda ümumilikdə 579 bakalavr, 107 magistratura tələbəsi iştirak edir. Bütün imtahan otaqlarına 2 və ya 3 nəzarətçi təhkim olunub.
İmtahan sualları fənn müəllimlərindən ibarət xüsusi qrup tərəfindən tərtib edilib. İmtahan sənədləri yoxlanıldıqdan sonra onlar yekun qərar üçün Strasburq Universitetinin ekspertlərindən ibarət münsiflər heyətinə təqdim olunacaq və qiymətlər daha sonra tələbələrə elan ediləcək.
İmtahanların 14 iyun tarixinədək başa çatdırılması planlaşdırılır.
Bu barədə UFAZ-dan bildirilib.