Bu gün Bakı Slavyan Universitetində (BSU) 2021/2022-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası ənənəvi formada başlayıb.

 

İmtahanla bağlı BSU-da əlaqədar struktur bölmələrə müvafiq tapşırıqlar verilib, hər fənn üzrə tələbələrin giriş balları fakültələrdə müvafiq lövhələrdə asılıb.

 

BSU-da imtahan sessiyasının təşkili və həyata keçirilməsi ilə bağlı İmtahan Qərargahı  yaradılıb.  Qərargaha daxil olan hər bir şikayətin operativ araşdırılması məqsədilə Qərargahın nəzdində Apelyasiya Komissiyası fəaliyyət göstərir. Bununla yanaşı, irad, təklif  və fikirləri info@bsu-uni.edu.az  ünvanına yazmaqla, bildirmək mümkündür.

 

Yaz semestrinin imtahan sessiyası 6 iyuladək davam edəcək.