Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası başlayıb.

 

Universitetdən bildirilib ki, hər bir struktur bölməyə konkret tapşırıqlar verilib, dəqiq funksional iş bölgüsü aparılıb və imtahan sessiyasının mövcud qanunvericiliyin tələbləri çərçivəsində təşkili məqsədilə konkret addımların atılması nəzərdə tutulub.

 

1 iyun- 5 iyul tarixlərini edən imtahan sessiyası ənənəvi formada təşkil olunub. Tələbələrin aralıq qiymətləndirilməsi hər biri 10 bal olmaqla, 5 suala verilən cavab əsasında şifahi imtahan yolu ilə həyata keçiriləcək.

 

Cari imtahan sessiyasıda baş tutacaq 600-dən çox imtahanda 2000-ə yaxın tələbə və magistrantın iştirakı gözlənilir.

 

İmtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsini təmin etmək, eləcə də yаrаnа biləcək nеqаtiv hаllаrı dərhаl аrаdаn qаldırmаq və digər müvаfiq tədbirləri həyаtа kеçirmək məqsədilə İmtahan Qərargahı, İmtahanlara dəstək qrupu və Apelyasiya Komissiyası yaradılıb. Eyni zamanda, sessiya ərzində “Qaynar xətt”in (telefon və e-mail vasitəsilə) fəaliyyəti təmin ediləcək, rektorun iştirakı ilə müntəzəm “Açıq qapı” günləri keçiriləcək.