Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsinin tələbələri “Memarlıq, inşaat elminə və tədrisin inkişafına yardım xeyriyyə fondu”nun keçirdiyi “Qarabağ bölgəsinin tarixi-memarlıq abidələrinin təbliği məqsədi ilə gənc memar tələbələr arasında maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində sertifikatlar və diplomlarla təltif olunublar.

 

Münsiflər heyətinin qərarına əsasən, “Şuşa” lahiyəsi üzrə Sevinc Məmmədova 1-ci, Elmira Mahmudova 2-ci, Ömər Məmmədov 3-cü yerin qalibi olub. “Ağdam” lahiyəsi üzrə 1-ci yeri Qəmər Mehdizadə qazanıb. Minə Yusublu 2-ci, Əsmər Ramazanlı isə 3-cü yerə layiq görülüblər.

 

Fondun icraçı direktoru Orxan Naqdiyev, universitetin Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri Səbinə Hacıyeva  qalibləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.  

 

Məlumat üçün qeyd edək ki, “Qarabağ bölgəsinin tarixi-memarlıq abidələrinin təbliği məqsədi ilə gənc memar tələbələr arasında maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin əsas məqsədi Qarabağ bölgəsinin tarixi-memarlıq abidələri haqqında məlumatlılığın çoxaldılması, onların qorunub saxlanması və gələcək nəsillərə ötürülməsində gənclərin məsuliyyətinin artırılması, bu abidələrin beynəlxalq aləmdə təbliğinə xidmət edən maarifləndirmə tədbirlərinin təşkilindən ibarətdir.