Naxçıvan Dövlət Universitetinin müəllimi Heydər Xəlilov və iqtisadiyyat və idarəetmə fakültəsinin İqtisadiyyat ixtisası üzrə I kurs tələbəsi Elsun Cəfərli “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya Festivalı çərçivəsində təşkil olunan sərgidə "Smart Qarabağ" layihəsi ilə iştirak edirlər.
Ali məktəbdən bildirilib ki, universitetin İKT və Elektron Təhsil şöbəsinin müdiri Hüseyn Əsgərli festivalda universitet üzrə koordinator vəzifəsini icra edərək layihələrin təbliği və təşviqi ilə yanaşı, ali məktəbin təmsilçilərinə xüsusi dəstək göstərir.
Festivala "Robotokod" komandası ilə qatılan Heydər Xəlilov “Ağıllı səs sistemi”, Elsun Cəfərli isə "Kənd təsərrüfatında köməkçi robot”unu festivalın "Smart Qarabağ” kateqoriyası üzrə təqdim ediblər.