Azərbaycan Texnologiya Universiteti (UTECA) tələbələrinin “Rosol” (Robot solider) layihəsi “TEKNOFEST Azərbaycan” festivalı ziyarətçilərinin marağına səbəb olub.
Startap məhsulu hazırda istifadədə olan minaaxtaran avadanlıqlardan daha sərfəli, ən əsası insan amilini sıfıra endirən və asan ərsəyə gələn coxfunksiyalı minaaxtaran və zərərsizləşdirən robotdur.
Komandanın kapitanı Yusif Məmmədov:
-Robotumuz xalqımıza və ordumuza xidmət edəcək və minalanmış əraziləri özəl operatorlarla birlikdə kəşf edib, müəyyən olunan yerin koordinatlarını yollayacaq, hətta lazım gəldikdə tapılmış minanı yerindəcə uzaqdan zərərsizləşdirə biləcək. Hətta minanı götürüb başqa əraziyə də daşımaq qabiliyyətinə malikdir. Layihəmiz minalı ərazilərdə insan yaralanmaları və ölümlərinin sıfıra endirilməsini hədəfə alan bir layihədir. Burada robot insana nisbətən daha dəqiq işləyəcəyi üçün peosesləri sürətləndirir və xəta payını sıfıra endirir.
Qeyd edək ki, UTECA-nın “Rosol” komandası Robotexnika müsabiqəsində ilk onluqdadır.