Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında “V Beynəlxalq Elm və Təhsildə İnnovativ Texnologiyalar konfransı” keçirilib.

 

Konfrans ADPU ilə Türkiyə Cümhuriyyətinin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) təşkilatçılığı ilə baş tutub. Konfransa 20-dən artıq ölkənin elm adamları qatılıb.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov dünyada elm və təhsilin aktual rolunu qeyd edərək, birgə keçirilən beynəlxalq konfransın əhəmiyyətini vurğulayıb və onun işinə uğurlar arzulayıb.

 

Plenar iclasda ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, universitetin Elmi-Tədqiqat Mərkəzinin müdiri, dosent Ərəstun Mehdiyev və Türkiyənin İKSAD İnstitutunun  direktoru, doktor Mustafa Latif Emek çıxış ediblər.

 

Konfrans öz işini “Təhsil və pedaqoji-psixoloji tədqiqatlarda innovativ texnologiyalar”, “Riyaziyyat, texnika və təbiət elmləri sahəsində fundamental tədqiqatlar və innovativ texnologiyalar”, “İctimai və humanitar elmlərdə innovativ araşdırmalar” bölmələrində üz-üzə və onlayn formatda məruzələrin dinlənilməsi ilə davam etdirib.