Bakı şəhəri 44 və 82 saylı orta məktəblərin şagirdləri Azərbaycan Dillər Universitetində (ADU) ekskursiyada olublar.

 

Onlar ADU-nun rektoru, akademik Kamal Abdulla ilə görüşüb, universitetlə yaxından tanış olublar.

 

Şagirdlərə məlumat verilib ki, universitetdə 20-dən artıq xarici dil tədris olunur. ADU-nun zəngin kitabxanası var, tələbələrin elektron resurslardan istifadəsi üçün əlverişli şərait mövcuddur.

 

Görüşdə müəllim-tələbə mübadiləsindən danışılıb. Şagirdlər universitetin müxtəlif qurumlarında, o cümlədən, Multikulturalizm Mərkəzi, Rusiyaşünaslıq Mərkəzi, Bakı Amerika Mərkəzi, Konfutsi İnstitutu, Avstriya kitabxanasında da olublar.