Azərbaycan Texniki Universiteti (AzTU) ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi arasında işgüzar görüş keçirilib.
“İçərişəhər” DTMQ İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə AzTU-nun rektoru, professor Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə İçərişəhər ərazisində və Qala qoruğunda avtomobillərin giriş-çıxışının, parklanmasının daha effektiv təşkili məqsədilə aparılan təhlilləri müzakirə edib.
Müzakirə zamanı piyadaların qoruqların ərazisində rahat hərəkət etməsi, avtomobillərin giriş-çıxış və parklanması üçün lazımi şəraitin yaradılmasının zəruriliynə də toxunulub.
AzTU-nun rektoru V.Vəliyev bildirib ki, İçərişəhər ərazisində və Qala qoruğunda mobilliyin artırılması məqsədilə qədim şəhərlərdə mövcud vəziyyətə uyğun araşdırmalar aparılacağı və ona uyğun təkliflər hazırlanacağı planlaşdırılır.
Görüşdə tərəflər arasında gələcəkdə əməkdaşlıq əlaqələri istiqamətində fikir mübadiləsi aparılıb.