Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” Erasmus+ layihəsi çərçivəsində “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” adlı növbəti seminara İsveçdə start verilib. 

 

Rektorlar konfransının yaradılması və ali təhsilin inkişaf etdirilməsi üçün Avropa təcrübəsinin öyrənilməsinə həsr edilən seminara İsveçin nüfuzlu universitetlərindən biri olan Kral Texnologiya Universiteti ev sahibliyi edir.

 

16-20 may tarixlərini əhatə edəcək tədbirə təhsil nazirinin müşaviri Nicat Məmmədli və ölkəmizin 15 ali təhsil ocağının rəhbər şəxsləri qatılıb.

 

Tədbirdə Azərbaycan Dillər Universitetini (ADU) ümumi işlər üzrə prorektor Vüqar Mehrabov və Test mərkəzinin müdiri, ECAR layihəsinin meneceri Bəyim Abdulla təmsil edir.