Azərbaycan Dövlət Aqrar Universitetinin keyfiyyət siyasətinə uyğun olaraq əməkdaşların bilik və bacarıqlarının diaqnostikası və təkmilləşdirilməsi üçün təhsilin keyfiyyətinin yüksəldilməsi barədə tədbirlər planına uyğun olaraq İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) üzrə təkmilləşdirmə kursları davam edir.

 

İlkin mərhələdə 810 əməkdaşın İKT bilik və bacarıqlarının diaqnostikası aparılıb. Hazırda diaqnostik qiymətləndirmə nəticələrinə uyğun olaraq 13 qrup fəaliyyət göstərir.

 

Təlim kompüterin əsasları, mətn prosessoru, elektron cədvəllər, təqdimat və onlayn biliklər modulları üzrə keçirilir.
 

Aprel ayında start götürən təlimlərin iyun ayında yekunlaşdırılması nəzərdə tutulub.