Pirallahı rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı “Heydər Əliyev-Azərbaycanın dünəni, bugünü, gələcəyi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, millət vəkilləri Rauf Əliyev və Sabir Hacıyev, Bakı Şəhəri üzrə Təhsi İdarəsinin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatının sədri Emil Abasov, Bakı Şəhər İcra Hakimiyyəti Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Faiq Mehdiyev, məktəb direktorları, müəllimlər, şagirdlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Öncə qonaqlar Heydər Əliyevin büstünü ziyarət ediblər. Daha sonra ümumilli liderin xatirəsinə həsr olunmuş şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbir ulu öndərin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu, xalqımız qarşısında xidmətləri barədə fikirlər səsləndirilib.
Çıxış edənlər ümummilli liderin hakimiyyətə gəlişindən sonra təhsildə apardığı islahatlar, Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində təhsil müəssisələrində atılan addımlar, ulu öndərin Azərbaycan dilinə, mədəniyyətinə olan sevgisi barədə söhbət açıblar.
Sonda Pirallahı rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş müsabiqə və yarışlarda qalib gəlmiş şagirdlər və məktəb rəhbərliyi Fəxri fərmanlarla təltif olunublar.