Bakı Slavyan Universitetinin (BSU) və Azərbaycan Dillər Universitetinin Germanistika İnstitutlarının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Germanistikanın yeni yolları. Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” adlı beynəlxalq simpoziumun bağlanış mərasimi keçirilib.
BSU-nun elmi işlər üzrə prorektoru Rafiq Novruzov çıxışında bölmələrdə müxtəlif istiqamətlər üzrə geniş və maraqlı müzakirələr aparıldığını vurğulayıb.
Sonra simpoziumun bölmə rəhbərlərinin hesabatları dinlənilib.
Tədbirdə “Qisas almadan ölmə” filminin rejissoru Oqtay Mirqasımov Azərbaycan və Almaniya əlaqələrinin tarixi bağlarından, filmin ərsəyə gəlməsindən söz açıb.
Bağlanış mərasimindən sonra simpozium iştirakçıları Oqtay Mirqasımovun “Qisas almadan ölmə” filmini izləyiblər.
3 gün davam edən simpoziuma, ümumilikdə 65-ə yaxın məqalə qəbul olunub.