Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) növbəti “Açıq mikrofon” keçirilib.
Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
2021/2022-ci tədris ilinin yaz imtahan sessiyasına hazırlıq prosesindən danışan rektor M.Babanlı tələbələrin tədrisdə keyfiyyət göstəricilərinin və imtahanlara hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb.
M.Babanlı universitetin beynəlxalq əlaqələri, elmi işlərdə qazanılan uğurlar, xarici universitetlərlərlə birgə həyata keçirilən yeni layihələr, əcnəbi tələbələrin universitetə cəlb olunması, akkreditasiya olunan ixtisaslar, tələbələrin xarici dil biliklərinin yüksəldilməsi üçün həyata keçirilən yeniliklər, həmçinin HPC mərkəzin fəaliyyəti, Məzun Karyera Sərgisinə hazırlıq və başqa məsələlər haqqında tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.
Rektor, həmçinin mövcud çatışmazlıqlar haqqında irad və təkliflərini bildirib, həlli vacib olan məsələlərin icrası istiqamətində göstərişlər verib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.