Mayın 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş ali təhsil müəssisələrinin tələbələri arasında mini-futbol üzrə çempionata yekun vurulub.
Çempionatın final qarşılaşmasında III yer uğrunda keçirilən oyunda Azərbaycan Memarlıq və İnşaat Mühəndisliyi Universiteti Azərbaycan Dövlət Pedaqoji Universitetinin komandasına qalib gəlib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası Bakı Dövlət Universitetinin komandasını məğlub edərək çempionatın qalibi olub.
Oyunlardan sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş çempionatın bağlanış mərasimi keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, AFFA-nın İcraiyyə Komitəsinin üzvləri, veteran futbolçular və digər rəsmi şəxslər iştirak edib.