Əhməd Bakıxanov adına Sumqayıt şəhər 1 nömrəli Uşaq İncəsənət Məktəbinin nağara sinfinin şagirdi Tural Əliyev Astana şəhərində keçirilən müsabiqə-festivalda birincilik qazanaraq vətənə qalib kimi qayıdıb. O, həm 9-cu solo, həm də  müəllim-şagird nominasiyası üzrə yarışmada uğur əldə edərək  I dərəcəli diploma layiq görülüb.

 

Qeyd edək ki, qalib şagirdin nağara müəllimi və konsertmeysteri də müsabiqədən əliboş qayıtmayıblar. Belə ki, onlar da uğurlu iştiraka görə  münsiflər heyəti tərəfindən təşəkkürnümə ilə mükafatlandırılıblar.

 

Sifai SƏFƏROVA