Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix və coğrafiya fakültəsinin Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi texnologiyası kafedrasının müəllim və tələbələri Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada olublar.
Görüşdə kafedranın müdiri, dosent Oqtay Alxasov, baş müəllim Səmayə Həsənova, gimnaziyanın direktoru Xəyalə Veyisova, təcrübəçi tələbələr, gimnaziyanın müəllim və şagirdləri iştirak ediblər.
Görüş çərçivəsində Səmayə Həsənova gimnaziyanın kollektivinə beynəlxalq təcrübə mübadiləsi proqramı ilə mühazirələr oxuduğu Kopenhagen Universitet Kollecindəki təhsil mühiti haqqında təqdimat edib.
IV tədris ilinin təcrübəçi tələbələrindən Xəyalə Quliyeva IX sinifdə “Bazar iqtisadiyyatı” mövzusunda, Arzu Qəribova isə VI sinifdə “Fəsillərin dəyişməsi” mövzusunda nümunəvi dərslər keçiblər.
Görüş çərçivəsində gimnaziya ilə kafedra arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyi vurğulanıb.