Bakı Slavyan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda ənənəvi XIII Beynəlxalq elmi-praktik konfrans başa çatıb.
Konfransa Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən institutlar, müxtəlif universitetlər, o cümlədən, Rusiya, Qazaxıstan, Ukrayna universitetlərindən, ümumilikdə, 169 məqalə qəbul olunub.
Konfransın bölmə iclaslarında yerli və xarici alimlərin “Ulu öndər Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi”, “”Qarabağ Azərbaycandır!” çağırışı müasir elmi, elmi-publisistik və ictimai-siyasi diskursun predmeti kimi”, “Azərbaycan tarixi və mədəniyyətinin aktual problemləri”, “Azərbaycanşünaslıq və filologiya məsələləri” və digər mövzularında məruzələri dinlənilib.
Konfransın bağlanış mərasimində bölmə rəhbərlərinin hesabatları olub, iştirakçılara sertifikatlar təqdim edilib.