Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədovun sədrliyi ilə doktoranturaya qəbul komissiyasının iddiaçılarla görüşü keçirilib.

 

Komissiyanın sədri Havar Məmmədov ölkəmizdə elmin, təhsilin və insan kapitalının inkişafı üçün gerçəkləşdirilən siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, elm sahəsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Gənclərin elmə marağının artırılmasının əhəmiyyətini, bu sahədə ali təhsil müəssisələrinin üzərinə düşən mühüm vəzifələri önə çəkən rektor BMU-da bu yöndə görülən işləri sadalayıb və universitetdə elmi-tədqiqat fəaliyyətinin ildən-ilə genişləndiyini diqqətə çatdırıb.

 

Sonra Magistratura və doktorantura şöbəsinin müdiri, professor Mahir Bəşirov komissiya üzvlərini iddiaçı doktorantların sənədləri ilə tanış edib.

 

Müzakirələrdən və ixtisas uyğunluqları yoxlanıldıqdan sonra 2022-ci ildə BMU-ya sənəd vermiş 15 doktorantın imtahanlara buraxılması haqqında qərar qəbul edilib.