2021/2022-ci tədris ilinin yaz semesterində Mingəçevir Dövlət Universitetinin (MDU) buraxılış kursları üzrə təhsil alan tələbələri istehsalat təcrübəsini uğurla davam etdirirlər.

 

MDU-dan verilən məlumata görə, mühəndislik fakültəsindən 101, təhsil fakültəsindən 241, iqtisadiyyat və idarəetmə fakültəsindən 188 nəfər olmaqla, ümumilikdə 530 tələbə Mingəçevirdə və ətraf regionlarda fəaliyyət göstərən müvafiq müəssisə, idarə və təşkilatlarda istehsalat təcrübəsinə cəlb edilib.

 

Qeyd edək ki, praktiki peşə bacarıqlarının əldə olunması və təkmilləşdirilməsi, qazanılmış nəzəri biliklərin tətbiqi, genişləndirilməsi və sistemləşdirilməsi baxımından tələbələrin tədris planının vacib tərkib hissələrindən sayılan istehsalat təcrübəsinin səmərəli təşkili MDU-da diqqət mərkəzində saxlanılır.