Bakı Dövlət Universitetinin (BDU) coğrafiya fakültəsinin İqtisadi və sosial coğrafiya kafedrasının təşkilatçılığı ilə Polşanın Poznan Universitetinin professoru Sezari Modrinin elmi seminarı keçirilib.
Elmi seminarda Sezari Modri “Polşada iqtisadi-coğrafi tədqiqatlar” mövzusunda təqdimatla çıxış edib.
Məruzəçi Polşada coğrafiya elminin yaranması və inkişafı tarixindən bəhs edib, tələbələrə Polşa universitetlərinə qəbul qaydaları, təhsilin müddəti və keyfiyyət göstəriciləri barədə məlumat verib. Qeyd edib ki, Polşa universitetlərində İqtisadi coğrafiya elminin 8 qolu var.
Poznan Universiteti ilə BDU-nun gələcək əməkdaşlığının da uğurlu olacağını bildirən professor Polşanın aparıcı elmi jurnallarında Azərbaycandan olan tədqiqatçıların məqalələrinin yer aldığını bildirib.
Elmi seminar iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.